Görmə məsafəsi məhdudlaşacaq - Sürücülərin nəzərinə!

16:24 14.02.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın avtomobil yollarında fevralın 15-də müşahidə ediləcək vəziyyət açıqlanıb.

Hafta.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Belə ki, gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.